Günün kuponu – 17.02.2022
“Barselona” – “Napoli” – ÜST2.5
Avropa Liqası 1\6 finalın ilk oyunu. “Barsa” tədricən öz oyununu tapmağa çalışır. Rəqib “Napoli” A seriyasında çempionluq uğrunda mübarizə aparır. Kataloniyalılar Avropa Liqasında uğurlu çıxış etməyə səy göstərir. Buna görə doğma meydanda meydanı qolsuz tərk edəcəyinə inanmıram. Qonaqlarda hücum xəttinin inamlı təsir bağışladığını unutmayaq.
“Sevilya” – “Dinamo” Zaqreb – 1
Mahir Emrelinin transferindən sonra azərbaycanlı azərkeşlərin diqqətində olan Xorvatiya təmsilçisi çətin səfər matçına yollanıb. Bu görüşdə Mahirin debüt edəcəyini gözləyənlər var. Praqmatik futbol oynayan meydan sahibləri evdə çox yaxşı təsir bağışlayır. La Liqada lider “Real”dan 4 xal geri qalan “Sevilya”nın qələbə qazanacağına inanıram.
“Portu” – “Latsio” – QOL/QOL
“Portu” Çempionlar Liqasında çətin qrupdan çıxa bilmədi. “Liverpul”, “Atletiko” və “Milan”la mübarizədə 3-cü yeri tutduğuna görə Avroliqaya yollandı. Hazırda Portuqaliya çempionatında lider olan “Portu” duelin favoriti sayılır. “Latsio” qrupda ikinci yeri tutmaqla 1\16 finala yüksəlib. Fikrimcə hər iki komanda meydanı qolsuz tərk etməyəcək.