Günün kuponu – 16.11.2022
Moldova – Azərbaycan – 2,5 ALT
Azərbaycan millisi tarixində ən çox qarşılaşdığı rəqiblə 12-ci dəfə üz-üzə gələcək. Bu oyunlardan yalnız 2-də bizim komanda qalib gəlib, 5 matç isə heç-heçə bitib. Qalan 4 dueldə qalib tərəf Moldova olub. İndiyədək baş tutan 11 görüşün yalnız 3-ü 2,5 üstlə yekunlaşıb. Fikrimcə, tərəflər bu dəfə də məhsuldar oyun göstərməyəcək.
Özbəkistan – Qazaxıstan QOL/QOL
Mərkəzi Asiya derbisi. Qonşu ölkələr olsalar da, futbol meydanında əsas yığmalar indiyədək cəmi 3 dəfə qarşılaşıb. Onun da ikisində 1:1 hesabı qeydə alınıb, birində isə – 1997-ci ildə – özbəklər 4 cavabsız qolla qalib gəlib. Yoldaşlıq matçı olduğunu nəzərə alsaq, qarşılıqlı qollar gözləməyə dəyər.
Salford – Peterbro – CÜT ŞANS 12
Tərəflər noyabrın 5-də İngiltərə Kubokunun 1/128 final mərhələsində ilk dəfə üz-üzə gəlib və oyunda qalib müəyyənləşməyib – 0:0. Reqlamentə görə, komandalar növbəti mərhələyə vəsiqənin taleyini müəyyənləşdirilmək üçün yenidən üz-üzə gələcək. Yəni, bu cavab matçı yox, təkrar oyun sayılır. İnanmıram ki, bu görüş də heç-heçə bitsin və tərəflər cütün taleyini penaltilər seriyasında həll etsin. Fikrimcə, bu matçda qalib əsas vaxtda məlum olacaq, ona görə də tərəflərdən istənilən birinin qələbəsinə mərc edirəm.