Sürpriz kupon – 16.11.2022
Moldova – Azərbaycan – X
Hər iki komanda UEFA Millətlər Liqasında keçirdiyi son 3 oyunda qələbə qazanıb. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə çalışacaqlar. Yoldaşlıq oyunu olduğu üçün heç-heçə hər iki tərəfi qane edə bilər. Üstəlik, statistika da bunu deyir : tərəflərin öz aralarındakı 11 matçdan 5-də heç-heçə qeydə alınıb. Ona görə oyun x variantına üstünlük verirəm.
Albaniya – İtaliya – 2
Dünya futbolunun nəhəngləri həftəsonu başlanacaq mundiala hazırlaşarkən dördqat dünya çempionu İtaliya Qətərdəki festivalı kənardan izləyəcək. Albaniya üzərində qalibiyyət İtaliyaya heç nə qazandırmasa da, uda bilməməyi azarkeşləri özündən çıxara bilər. Axı, İtaliya indiyədək Albaniyaya qarşı bütün matçlarını qazanıb.
Oman – Almaniya – 2,5 ÜST
Almanlar mundial ərəfəsində son sınaq matçlarını keçirir. Qol vurmaq bu komandanın adətidir deyə, rəsmi matç ya yoldaşlıq oyunu fərq etməz, hücum öz işini görməlidir.