Günün kuponu – 16.03.2022
“Mayns” – “Borussiya Dortmund” – 2,5 ÜST
Dortmund klubunun heyətində zədə səbəbindən yetərincə itki var. Amma lider “Bavariya” ilə 7 xallıq fərqi azaltmaq üçün qələbə çox vacibdir. “Mayns”ın da hücumda məhsuldar oynadığını nəzərə alsaq (24 oyuna 35 qol) bu görüşdə 2,5 üstə mərc etmək olar.
“Arsenal” – “Liverpul” – 2,5 ÜST
“Arsenal” yanvarın 20-də Liqa Kubokunda “Liverpul” a uduzduqdan sonra ardıcıl 6 oyundur premyer liqada məğlub olmur (5 qələbə, bir heç-heçə). “Liverpul” isə lider “Mançester Siti” ilə xal fərqini 1-ə endirmək üçün mütləq qələbə qazanmalıdır. Tərəflər arasında tarixi rəqabət və prinsipiallığı da bura əlavə etsək, demək, baxımlı futbol izləmək üçün əsas var. Belə duel üçün 2,5 üst variantı ağlabatandır.
“Yuventus” – “Villareal” – 2,5 ALT
İlk oyundakı 1:1 hesabı cavab matçı ərəfəsində tərəflərin heç birinə üstünlük qazandırmır. Kyeza və Bonuççi kimi oyunçuların yoxluğu “Yuventus” üçün çətinlik yarada bilər. La Liqanın ən az qol buraxan komandalarından birinin müdafiəsini yarmaq fikrimcə, çox çətin olacaq. Məncə, 2,5 alt variantı daha realdır.