Sürpriz kupon – 16.03.2022

Sürpriz kupon – 16.03.2022

“Lill” – “Çelsi” – 2,5 ÜST

Öz meydanında 0:2 uduzan növbəti mərhələyə çıxmaq üçün möcüzəyə ümid edir. Buna isə “Çelsi”  imkan verməyəcək. İtiriləsi heç nəyi qalmayan Fransa çempionu hücum futbolu oynamağa məcburdur, Romelu Lukaku və yoldaşlarına da elə bu lazımdır. Məhsuldar bir oyun gözləyirəm.

“Milvoll” – “Haddersfild” – 2,5 ALT

“Milvoll” zədə üzündən az qala heyətin yarısını itirib. Bəlkə də ona görə komanda son 2 oyunda qol vura bilmir. Ümumiyyətlə, “Milvoll” son 4 matçının hamısı 2,5 alt bitib. Bu turda da fərqli nəticə gözləmirəm.

“Blekpul” – “Şeffild Yunayted” – 2

Son 3 turda ardıcıl qələbə qazanan “Blekpul”un seriyasının davam edəcəyinə inanmıram. Çünki qarşısında premyer liqaya yüksəlmək iddiasında olan və son turda “Koventri”dən ağır zərbə alan (1:4) Şeffild klubu var. Fikrimcə, qonaqlar son turdakı məğlubiyyətlərini “Koventri”ni məğlub etməklə “sığortalayacaq”.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 16.03.2022

Növbəti yazı

“Nou Kamp”ın adı dəyişdirilir