Günün kuponu – 15.08.2023
“Qalatasaray” – “Olimpiya” 1-ci hissə 1
Səfərdəki böyükhesablı qələbə ilə cütün taleyini həll edən “cim-bom” evdə də azarkeşlərini sevindirməyə çalışacaq. Komandalar arasındakı səviyyə fərqi elə ilk hissədə nəticədə əksini tapa bilər.
“Mölde” – “Ki Klasvik” Fora 2 (3)
Bu mövsüm avrokubokların ən səs küylü komandası olan Farer adaları çempionu daha bir sensasiyaya imza atsa, artıq heç kim təəccüblənməyəcək. Qonaqlara 3 fora verməklə mərcimizi sığortalamış olarıq deyə düşünürəm.
“Aris” – “Rakuv” ÜST 2.5
“Qarabağ”ın üstün futbol sərgiləməsinə rəğmən ÇL-də mübarizədən kənarlaşdıra bilmədiyi Polşa çempionunun son 7 oyunundan 6-sı ÜST 2.5 gəlib. Bu dəfə də istisna olmayacağını düşünürəm.