Sürpriz kupon – 15.08.2023
“Dinamo Zaqreb” – AEK 1 və ÜST 1.5
Mahir Emrelinin komandası ilk matçı səfərdə keçirməli idi. Amma azarkeşlər arasında iğtişaşlara görə həmin matç avqustun 19-na təxirə salınıb.
Xorvatiyalılar ÇL-də doğma meydanda son 11 oyundan 10-nu uduzmayıb, bu qarşılaşmaların 6-sını qələbə ilə bitirib. Yunanlar isə əksinə, ÇL-də son 6 oyunun hamısını uduzub.
İstənilən halda meydan sahibləri favoritdi və zənnimcə, bu matçdan sərfəli qələbə ilə ayrılacaqlar.
“Marsel” – “Panatinaikos” Fora 1 (-1)
Ilk matçın sonunda yediyi qolla minimal hesabla uduzan fransızlar bu məğlubiyyətin əvəzini evdə artıqlaması ilə çıxacaq potensialdadı. Yunanlar müdafiədə etibarlılığı ilə seçilmir. Məncə, “Marsel” əsas vaxtda cütün taleyini öz xeyrinə həll edəcək.
“Sparta Praqa” – “Kopenhagen” 1
Çexiyalılar səfərdən sərfəli heç-heç ilə döndükdən sonra işi evdə bitirəcək gücdədilər. Komanda olkə çempionatında 100 faizlik göstərici ilə liderdi. Matçın favoritinin qazanağını düşünürəm.