Günün kuponu – 15.06.2023
İspaniya – İtaliya QQ
UEFA Millətlər Liqasında yarımfinal görüşü. Niderlandın ev sahibliyi etdiyin “Dördlər finalı”nda iki iddialı milli üz-üzə gələcək. Bu komandaların duellərində çox vaxt hər iki tərəf qol vurmağı bacarıb. Avro-2024-ün seçməsində Şotlandiyaya uduzan (0-2) ispanlar bu matça itkilərsiz çıxacaq.
Yaponiya – El-Salvador 1
Yaponiya yoldaşlıq görüşündə zəif Salvador millisi ilə qarşılaşacaq. Salvador ardıcıl 6 matçda qələbə qazana bilməyib. Yaponlar isə yoldaşlıq görüşündə Uruqvayla 1-1 oynayıb, Kolumbiyaya uduzub (1-2). Rəsmi matç olmasa belə birincilərin sürprizə imkan verməyəcəyini düşünürəm.
Argentina – Avstraliya ÜST2.5
Ardıcıl 8 oyun qələbə qazanan dünya çempionlar görüşün favoriti sayılır. Statistika Messinin komandasının tərəfindədir. Avstraliya indiyə qədər heç bir matçda Argentinaya qalib gəlməyib.