Çiliç “Uimbldon”da oynamayacaq

Çiliç “Uimbldon”da oynamayacaq

“Uimbldon” turnirinin iştirakçıları siyahısında dəyişiklik olub. Dünyanın sabiq üçüncü raketkası Marin Çiliç Londondakı yarışı buraxacaq.

O, bu ilin yanvarında əməliyyat olunub. Dizindəki cərrahi müdaxilədən sonra bərpa dövrü keçən Çiliç hələ kortlara qayıtmayıb.

Artıq xorvatı əvəzləyəcək tennisçi də bəllidir. Əsas setkada Dominik Kepfer yer alacaq.

ETOPAZ

Əvvəlki yazı

“Napoli”nin əsas namizədi

Növbəti yazı

Günün kuponu – 15.06.2023