Günün kuponu – 15.03.2022
‘Mançester Yunayted” – “Atletiko” – QOL/QOL
“M.Y” fevralın 24-də səfərdən sərfəli nəticə ilə dönə bildi – 1:1. Həmin oyundan sonra “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında derbidə “Siti”yə böyük hesabla uduzublar, “Uotford”la heç-heçə ediblər, son görüşdə isə Ronaldonun het-triki sayəsində “Tottenhem”i üstələyiblər – 3:2.
“Atletiko” La Liqada son 3 oyunda yüz faizlik nəticə göstərib. Madrid klubunun heyətində itkilər çoxdur – Kunya, Ermoso, Kondoqbiya, Lemar, Vrsalko və Vass “Old Trafford”da meydana çıxa bilməyəcəklər. Dieqo Simeonenin komandası son iki matçda qol vursa da, öz qapısının toxunulmazlığını qoruya bilməyib.
“Yunayted”də də vəziyyət eynidir. De Xeanın qoruduğu qapıya “Siti” 4, “Tottenhem” isə 2 dəfə yol tapdı.
Hər iki komandaya qələbə lazım olduğundan qarşılıqlı qollar gözləyirəm.
“Ayaks” – “Benfika” – QOL/QOL
İlk oyun 2:2 hesabı ilə başa çatdığından cütün taleyi Amsterdamda həll olunacaq. “Benfika”da ötən mövsüm 22 qol vurmuş Haris Seferoviçin bir müddətdir zədəli olması hücumda çətinliklər yaradır.
“Ayaks” ilk oyundan sonra yerli çempionatda bir matçda uduzub, iki görüşdə isə qalib gəlib. Maraqlıdır ki, Amsterdam klubu hər iki oyunda 3:2 hesabı ilə qalibiyyət əldə edib.
“Benfika” Portuqaliya çempionatının son turunda “Vizela”nı məğlub edə bilməyib – 1:1. “Ayaks”dan fərqli olaraq “Benfika”nın çempionatda 1-ci olmaq şansı yoxdur. Ona görə də komanda Çl-də mümkün qədər irəliləməyə çalışacaq.
Düşünürəm ki, ilk matçdakı kimi bu dəfə də qol/qol olmaq ehtimalı az deyil.
“Birmingem” – “Middlsbro” – 2
FA Cup-da “Mançester Yunayted”, “Tottenhem” kimi klubları keçən “Middlsbro”nun Premyer Liqaya yüksəlmək üçün pley-off oyunlarına qatılmaq şansı qalır. Sadəcə “qırmızı-ağlar” son 2 oyunda qalib gələ bilməyiblər.
“Birmingem” bu mövsüm evdə elə də yaxşı təsir bağışlamır. Komanda səfər oyunlarında daha inamlı çıxış edir. Təsadüfi deyil ki, birinci dövrədə “Birmingem” rəqib meydanında “Middlsbro”dan üstün olmuşdu – 2:0. Bu oyun “Middlsbro” üçün həm də revanş xarakteri daşıya bilər.