Günün kuponu – 14.10.2023
Bolqarıstan – Litva 1
Çətin günlərini yaşayan Bolqarıstan millisi qrupun autsayderi ilə qarşılaşacaq. Qələbəyə həsrət bolqarlar seçmə mərhələdə ilk qələbəni qazanmağa çalışacaqlar. Litva yığması qrupun ən zəifidir. Bolqarıstanın asan qələbə qazanacağını düşünürəm.
Danimarka – Qazaxıstan Danimarka 1/1
Danimarka ilk oyunda Qazaxıstana məğlubuiyyətin əvəzini çıxmalıdır. Digər tərəfdən qrup birinciliyi üçün bu matçda qələbə çox önəmlidir. Doğma azarkeşlərinin də dəstəyi ilə meydan sahiblərinin ilk hissədə oyunun taleyini həll edəcəyi qənaətindəyəm. Odur ki, həm 1-ci hissədə, həm də oyunda meydan sahiblərinin qələbəsi seçimi tövsiyə edirəm.
Macarıstan – Serbiya 2,5 ÜST
Qrup liderlərinin görüşündə açıq futbol ehtimal edirəm. Qarşılaşmada kimin qələbə qazanacağını demək çətindi. Amma bol qollu matç olacağını ehtimal edirəm. Bu oyun üçün 2,5 üst seçimi daha uyğun olar.