Günün kuponu – 14.05.2022

Günün kuponu – 14.05.2022

“Volfsburq” – “Bavariya” – QOL/QOL

Bundesliqanın son turu hər iki komanda üçün formal xarakter daşıyır. “Bavariya” çempionluğu təmin edib, “Volfsburq”da bundesliqada yerini qoruyub. Fikrimcə, şou xarakterli bir matç olacaq. Hər iki komanda azarkeşlərinə qol sevinci yaşadacaq.

“Bayer Leverkuzen” – “Frayburq” – QOL/QOL

Son turun ən çox maraq doğuran oyunlarından biri. Leverkuzen klubu 3-cü sırada yerini təmin etməklə yeni mövsümdə ÇL-in qrup mərhələsinə vəsiqəni təmin edib. “Frayburq” isə qalib gələrək 4-cü sıranı – ÇL-ə son vəsiqəni ələ keçirmək istəyir. Əlbəttə, əgər hazırda 4-cü yerdə olan “Leypsiq” xal itirsə. “Frayburq” uduzarsa, nəinki ÇL, hətta Avroliqadan da kənarda qala bilər. Ona görə hücum etməli, qol və ya qollar vurmalıdır. Meydan sahibinin də borclu qalmayacağını düşünürəm, ona görə qol/qol.

“Monako” – “Brest” – 2,5 ÜST

“Monako” 3-cü sıradakı yerini qorusa, ÇL-ə vəsiqəni təmin edəcək. Məğlubiyyət təqdirində  isə “Knyazlıq klubu” ÇL-dən kənarda qala bilər. “Brest” üçün isə oyunun nəticəsi ciddi əhəmiyyət daşımır. Belə oyunlar adətən məhsuldar keçir.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

La Liqada istefa

Növbəti yazı

Sürpriz kupon – 14.05.2022