Sürpriz kupon – 14.05.2022
“Monpelye” – PSJ – 2,5 ÜST
Mövsümün sonunda formal xarakterli bu tip oyunlar adətən “qol şousu”na çevrilir. Hələ meydanda Messi, Mbappe, Neymar kimi “ulduzlar” varsa.
“Ştutqart” – “Köln” – 2,5 ÜST
“Ştutqart”ın bundesliqada qalmaq üçün bir yolu var: “Köln”ə qalib gəlib, “Herta” nın uduzmasını gözləmək. Amma “Köln”ün özünə də Avroliqaya yollanmaq üçün qələbə lazımdır. Qol, xal, qələbə hər iki tərəfə lazımsa, məhsuldar oyun izləmək ehtimalı daha yüksəkdir.
“Arminiya” – “Leypsiq” QOL/QOL
“Arminiya”nın bundesliqanı tərk edəcəyi dəqiqləşib. Ona görə rahat oynayacaqlar. “Leypsiq”ə isə sadəcə, ÇL-ə vəsiqə üçün 1 xal lazımdır.