Günün kuponu – 12.10.2023
Xorvatiya – Türkiyə 1,5 ÜST
Türkiyə millisi qrupun favoriti ilə çətin səfər görüşünə çıxır. Həm ay-ulduzlular, həm də xorvatlar demək olar ki, bütün oyunlarda fərqləniblər. Bu matçda hər iki kollektivin qol vuracağını düşünürəm. Q/Q və üst seçimi də inandırıcı görünür. Lakin, risk etməmək üçün 1,5 üst seçimini təklif edirəm.
İspaniya – Şotlandiya 1
Şotlandiya ilk 5 oyunda 5 qələbə qazanmaqla seçmə mərhələnin ən böyük sürprizinə imza atıblar. Lakin bu dəfə ispanların doğma azarkeşləri önündə onları durduracağını düşünürəm. İspaniya millisi qrupun favoriti olduğunu bu matçda göstərməlidir
Farer Adaları – Polşa Komandanın qol cəmi – Polşa 1,5 ÜST
Polşa qrupda iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. Qonaqların zəif Farer Adaları ilə görüşdə rahat qalib gələcəyini və ən azı 2 qol vuracağını ehtimal edirəm.