Günün kuponu – 12.04.2023
“Real Madrid” – “Çelsi” – 1
Bu mövsüm İngiltərə premyer liqasında fiaskoya uğrayan “Çelsi” bütün diqqətini Çempionlar Liqasına yönəldib. Amma London klubu hazırda “Real”ın qarşısında davam gətirəcək gücdə deyil. Fikrimcə, bu oyunda sürpriz qeydə alınmayacaq, “Real” qələbə qazanacaq.
“Milan” – “Napoli” – cüt şans x2
“Napoli” bu mövsüm əla formadadır. A seriyasında çempionluğu demək olar ki, təmin edib. Ona görə tam gücünü ÇL-ə yönəldib. 10 gün əvvəl A seriyasında öz meydanında “Milan” 0:4 məğlubiyyətə aldanmaq lazım deyil. Bu dueldə fikrimcə, “Napoli” uduzmayacaq. Tərəflərin öz aralarındakı son 8 matçında olduğu kimi ev sahibi bu dəfə qələbə qazana bilməyəcək.
“Nasional” – “Braqa” – 1ci hissə cüt şans 12
Portuqaliya Kubokunda yarımfinalın ilk oyunu. “Nasional” 2-ci liqada autsayderlərdən olsa da, kubok yarışında yarımfinala qədər gələ bilib. Bəlkə öz evində “Braqa”ya da sürpriz edəcək, ona görə çox riskə getmədən 1ci hissənin nəticəsinə mərc edirəm. Məncə, ilk yarıda hesabdakı bərabərlik pozulacaq.