Günün kuponu – 11.09.2023

Günün kuponu – 11.09.2023

Latviya – Uels 2
Xorvatiyaya ağır məğlubiyyətdən sonra Latviya doğma meydanda Uels millisini qəbul edəcək. Cəmi 1 matçda qələbə qazanan Uels 4 xalla qrupda axırda ikinci yerdədir. Autsayder olmasına baxmayaraq Latviyanın evdə müqavimət göstərəciyini düşünürəm.

Portuqaliya – Lüksemburq 1
İslandiya üzərində qələbədən sonra qonaqlar 10 xalla 2-3-cü yerləri bölüşdürür. Kriştiano Ronaldo cəzalı duruma düşdüyünə görə matçda iştirak etməyəcək. Amma bu meydan sahiblərinin gücünü azaltmır. Bu matçda sensasiya olacağına inanmıram.

Slovakiya – Lixtenşteyn ALT2.5
Evdə Portuqaliyaya 0-1 hesablı məğlubiyyətə baxmayaraq slovaklar yaxşı oyun nümayiş etdirdi. Qrupda ikinci pillədə olan Slovakiya mövqeyini qorumaq üçün qələbə qazanmağa borcludu. Meydan sahiblərinin minimal hesablı qələbə qazanacağını fikirləşirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

De Brüyneyə Səudiyyə Ərəbistanından təklif

Növbəti yazı

Sürpriz kupon – 11.09.2023