Günün kuponu – 11.04.2023
“Benfika” – “İnter” QOL/QOL
“Benfika”nın 8 matçlıq qələbə seriyasını “Portu” qırdı. “İnter” isə qeyri-sabit oynamaqda davam edir. Milan klubu 6 görüşdür qələbə qazana bilmir. Meydan sahiblərində veteran müdafiəçi Nikolas Otamendi cəzalıdır. İtaliya klubunda isə Hakan Çalhanoğlu zədə səbəbindən komandasına kömək etməyəcək. “İnter” 1\8 finalda Portuqaliyanın digət təmsilçisi “Portu”nu mübarizədən kənarlaşdırmışdı.
“Mançester Siti” – “Bayern” 1
Tomas Tuhel bu dəfə İngiltərəyə “Bayern”in baş məşqçisi kimi qayıdır. Tuhel Münhen klubuna gəldikdən sonra “Borussiya” üzərində inamlı qələbə qazansalar da, kubokda “Frayburq”a uduzdular. Lakin “Bayern” növbəti oyunda artıq Bundesliqada “Frayburq”u məğlub edə bildi. Tuhel yeni gəldiyindən vaxta ehtiyacı var. Ona görə də doğma divarlar arasında çıxış edəcək “Siti”yə üstünlük verirəm.
“Silkeborq” – “Horsens” 1
Komandalar Danimarka çempionatında ikinci “altılıq”da mübarizə aparırlar. Lakin “Silkeborq”un pley-offlara qatılmaq şansı hələ qalır. “Silkeborq” öz meydanında qələbəyə daha yaxın görünür.