Günün kuponu – 11.02.2023
“Monako” – PSJ QOL/QOL
PSJ son dövrlər gözlənilən futbolu sərgiləmir. Buna görə də bukmekerlər paytaxt təmsilçisini turun mərkəzi oyununun aşkar favoriti saymır. “Monako” isə hücümdakı oyunu ilə azarkeşlərini xüsusən sevindirir. Mbappenin yoxluğunda Messi-Neymar cütünün ən azı 1 qol yaradacağını, “Monako”nun da meydanı qolsuz tərk etməyəcəyini gözləyirəm.
“Arsenal” – “Brentford” 1
“Arsenal” Premyer Liqada yerini qoruyur və evdə inamlı çıxışına davam edir. Düzdü, “Brentford” asanlıqla təslim olacaq rəqib deyil və yaxşı formadadı. Amma qarşısına çempionluq məqsədi qoyan komanda belə oyunlarda xal itirməməlidi. Daha yüksək potensiala malik “topçular”ın bu imkanı əldən verəcəyinə inanmıram.
“Frayburq” – “Ştutqart” 1
“Frayburq” Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparır. Bu məqsədə çatmaq üçün “Ştutqart” kimi rəqiblərlə oyunlarda xal itkisinə yol vermək olmaz. Komandalar arasında keçirilən son 4 oyun “Frayburq”un qələbəsi ilə bitib. Meydan sahibləri bu qarşılaşmada da çətin ki, qələbəni əldən versin.