Sürpriz kupon – 11.02.2023

Sürpriz kupon – 11.02.2023

“Bornmut” – “Nyukasl” 2

“Nyukasl” “Vest Hem”lə oyunda gözlənilmədən xal itirsə də, bu mövsüm yetərincə uğurlu çıxış edir. “Bornmut” isə əksinə, Premyer Liqadakı yerini qorumaq üçün mübarizə aparır. Bu qarşlaşmada qonaqları daha şanslı görürəm.

“Lester” – “Tottenhem” 2.5 ÜST

Müxtəlif məqsədlər uğrunda mübarizə aparan komandaların öz aralarındakı oyunları məhsuldar keçir. Son 4 belə qarşlaşmada 23 (!) qol vurulub. “Tottenhem” birinci dövrədə rəqibini Londonda 6:2 hesabı ilə darmadağın edib. Bu dəfə də ən azı 3 qol vurulacağını proqnozlaşdırmaq olar.

“Leypsiq” – “Union Berlin” QOL/QOL

Bundesliqada turun mərkəzi qarşılaşması Şərqi Almaniya derbisidi. “Union Berlin” bu ilə mükəmməl oyun və nəticələrlə başlayıb. “Leypsiq” də parlaq futbol sərgiləyir. Rəqiblərin öz aralarında keçirdikləri son 5 oyunun hamısı 2:1 hesabı ilə bitib.
Turnir cədvəlində 2-ci və 4-cü yerlərdə qərarlaşan komandaların hərəyə ən azı 1 dəfə fərqlənəcəyini düşünürəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 11.02.2023

Növbəti yazı

“Barselona” Türamı istəyir