Günün kuponu – 10.12.2021
“Reqensburq” – “Verder” – 2
Turnir cədvəlinə əsaslansaq bu qarşılaşmada meydan sahibinin qələbəsi daha real görünür. Amma bukmekerlərin təklif etdiyi əmsallara da nəzərə salsaq, pis olmaz. Məncə, 9-cu pillədə yer alan “Verder”in 3-cü sırada qərarlaşan “Reqensburq”la matçda, özü də səfər oyununda favorit göstərilməsi boşuna deyil. Tərəflər arasında indiyədək baş tutmuş cəmi iki matçın hər ikisində “Verder”in qalib gəlməsi də məndə “oyun 2” variantına inamı artırır.
“Cenoa” – “Sampdoriya” – 2,5 alt
Əslində Genuya derbisinin heç-heçə bitəcəyini düşünürəm. Amma bir təsadüfi qol da “oyun x” variantını korlaya bilər. Ona görə daha etibarlı “2,5 alt” variantına üstünlük verirəm. “Cenoa”nın ev sahibi olduğu son 9 derbi matçından 8-nin 2,5 aktla bitməsi də fikrimə təsirini təbii ki, göstərib.
“Malyorka” – “Selta” – 2,5 alt
Komandaların məhsuldarlığı yüksək deyil, orta hesabla hər oyunda 1 qol vururlar. Bu matçdan da bol qol gözləmirəm. 2,5 alt varıantını matça daha çox “yaraşdırıram”.