Sürpriz kupon – 10.12.2021

Sürpriz kupon – 10.12.2021

“Malyorka” – “Selta” – 2

Ötən tur La Liqanın liderlərindən “Atletiko Madrid”ə səfərdə qalib gəlməklə (2:1) sensasiya edən “Malyorka”dan bu dəfə öz əleyhinə olan sürpriz nəticə gözləyirəm. Adətən favorit, böyük klublara qalib gələrək hamını təəccübləndirən ortabab komandalar növbəti turda öz səviyyəsində, hətta özündən də zəif rəqiblə oyunda xal itirərək yenə hamıya “sürpriz edir”. Fikrimcə, “Malyorka” bu görüşü udmayacaq. “Oyun x” və ya “oyun 2” variantlarından birini seçməyinizi məsləhət görürəm. Mən 2-ni seçdim.

“Reqensburq” – “Verder” – 2,5 üst

16 oyuna “Reqensburq” 33, bremenlilər isə 25 qol vurub. Ötən tur “Haydenhaym” dan ağır zərbə alan (0:3) “Reqensburq” acığını “Verder”dən çıxmağa çalışacaq. Amma rəqib də “asan yem” deyil. Məncə, “Reqensburq” ardıcıl 6-cı tur 2,5 üst oynayacaq.

“Köln” – “Ausburq” – qol/qol

Düzü, “Köln”ün bu dueldə qələbəsinə o qədər də inanmıram. Qol vuracağına isə daha çox ümid edirəm. “Ausburq”un isə 14 oyuna 23 qol buraxan rəqibin bərbad müdafiəsinə yaracağına güvənirəm. Oyun 2 və ya x variantları beynimdə fırlansa da, yekunda qol/qola üstünlük verirəm.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 10.12.2021

Növbəti yazı

“Vilyarreal” 1/8 finalda, “Atalanta” Avropa Liqasında