Günün kuponu – 10.11.2023

Günün kuponu – 10.11.2023

Borussiya. MN – “Volfsburq” ÜST2.5
Bundesliqada cari mövsüm 4 oyunda qələbə qazanan “Volfsburq” açılış matçında “Borussiya”nın qonağı olacaq. Meydan sahibləri cari mövsüm qapısında ən çox qol izləyən komandalar sırasındadır. Maraqlıdır ki, meydan sahibləri “Volfsburq” üçün uğursuz rəqib sayılır. 2019-cu ildə qonaqlar “Borussiya”ya qalib gələ bilmir.

“Sassuolo” – “Salernitana” ÜST2.5
A seriyasının autsayderi “Salernitana” növbəti səfər matçına çıxır. İtaliya Kubokunda “Sampdoriya”nı üstələyən qonaqlar ölkə çempionatında son pillədən xilas ola bilmir. “Sassuolo” isə 3 qələbə sayəsində 15-ci pillədə qərarlaşıb.

“Cenoa” – “Verona” QOL/QOL
Autsayderlər qrupunda qərarlaşan “Verona” kubokda da məğlubiyyət acısı yaşayıb. Yeni mövsümə “Roma” üzərində qələbəb ilə başlayan qonaqlar sonradan ardıcıl 9 matçda qələbəyə həsrətdi. Bu matçda hər iki komandadan qol gözləyirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Nevill “Portlend”də

Növbəti yazı

Sürpriz kupon – 10.11.2023