Günün kuponu – 10.01.2022

Günün kuponu – 10.01.2022

Mərakeş – Qana – ALT2.5

Mərakeş və Qana milli komandaları Afrika Millətlər Kubokunda favorit hesab edilmir. Amma hər iki milli pley-offa vəsiqə qazanmağa əsas namizədlər sırasındadır. 2019-cu ildə 1\8 finala qədər irəliləyən Mərakeş bu dəfə heyətlə bağlı problemlər yaşayır. Baş məşqçi ilə qalmaqal yaşayan Hakim Ziyeş və Nussair Mazraui milliyə dəvət almayıb. Qana millisi isə seçmə mərhələdə inamlı qələbələr qazanmaqla diqqəti cəlb edir.

Seneqal – Zimbabve – ÜST2.5

Seneqal Afrika Millətlər Kubokunun əsas favoritlərindən sayılır. Sadyo Mane,Eduar Mendi, Diallo, Kulibali kimi təcrübəli futbolçulara malik Seneqal açılış matçında da favoritdi. Qələbəsi realdı, daha yuxarı əmsal üçün ÜST2.5-i seçirəm.

Qvineya – Malavi – 1

Qvineya millisi son Afrika Millətlər Kubokunda 1\8 finala qədər irəliləməyi bacarıb. Dünya çempionatının seçmər mərhələsindəki oyunlara əsasən Qvineya futbolçularının ideal formada olmadığını söyləmək olar. Malavi tarixində ikinci dəfə Afrikanın ən nüfuzlu turnirində çıxış edəcək. Qvineyadan sürpriz gözləmirəm, ona görə qələbəni seçirəm.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Milan”ın müdafiəçisi “Sampdoriya” ilə müqavilə imzalayır

Növbəti yazı

Sürpriz kupon – 10.01.2022