Sürpriz kupon – 10.01.2022
“Fənərbaxça” – “Adana Dəmirspor” – ÜST2.5
Superliqada 4-cü yerdə qərarlaşan “Fənərbaxça” doğma stadionda “Adana Dəmirspor”u qəbul edəcək. Sarı lacivərdlilərdən cəmi 2 xal geri qalan qonaqlar 7-ci sıradadır. Tərəflər arasında son 5 ildə baş tutan matçlarda “Fənərbaxça” ancaq qələbəyə sevinib. Ona görə Fənərin qələbəsini yazmaq riskli olmayacaq.
“Mançester Yunayted” – “Aston Villa” – QQ
İngiltərə Kubokunda ilk mərhələlərdən azad olunan klublar ilk oyununu keçirəcək. Maraqlıdır ki, “Aston Villa” son dəfə qırmızı şeytanları 2009-cu ildə məğlub edib. Hazırda Mançester təmsilçisində vəziyyət o qədər yaxşı deyil. Futbolçularla məşqçi arasında problem yaşanır. “Aston Villa”nın baş məşqçisinin Stiven Cerard olduğunu unutmamalıyıq. Fikrimcə hər iki komanda 90 dəqiqə ərzində qol vurmağa nail olacaq.
“Espanyol” – “Elçe” – QQ
Meydan sahibləri 26 xalla 11-ci, qonaqlar isə 16 xalla 17-ci sıradadır. Komandaların son oyunları ÜST2.5 əmsalına uyğun gəlir. Tərəflərin son altı görüşündən beşində məhsuldar nəticə qeydə alınıb. Ona görə qol\qol seçimi daha real görünür.