Günün kuponu – 09.03.2023
“Yunion Berlin” – “Sent Cillois” QOL/QOL
Avropa Liqasında 1\8 final mərhələsi. “Ayaks”ı sıradan çıxaran Almaniya təmsilçisi Belçika klubuna qarşı mübarizə aparacaq. Bundesliqada son üç turda qələbə qazana bilməyən meydan sahibləri bütün diqqətini avrokuboklara yönəldib. Bu oyunda hər iki tərəfin qol vuracağını düşünürəm.
“Leverkusen” – “Ferentsvaroş” ÜST2.5
İki il əvvəl klublar Avropa Liqasında iki dəfə üz-üzə gəlib. İlk oyunda 1-0 hesabı ilə qələbə qazanan macarlar səfərdə məğlubiyyətə üzülüb (1-2). Bundesliqada 9-cu pillədə qərarlaşan Leverkuzen təmsilçisi bu oyunda favorit sayılır.
“Roma” – “Real Sosyedad” QOL/YOX
Əvvəlki mərhələdə “Zalsburq”u məğlub edən “Roma” indi ispanlarla mübarizə aparacaq. Meydan sahibləri son həftələr stabil çıxış etmir. A seriyasında “Kremonese”yə uduzan “canavar”lar ötən tur “Yuventus”u məğlub etməyi bacarıb.