Günün kuponu – 08.10.2022
“Borussiya Dortmund”- “Bavariya” – QOL/QOL
Prinsipial rəqiblərin dueli üçün gözlənilən variantdır. Tərəflərin öz aralarındakı son 6 görüşdə olduğu kimi. Hər iki komandanın həm hücum, həm də müdafiə xətti qol/qol variantına daha çox güvənməyimə əsas verir.
“Hetafe” – “Real Madrid” – 2
Ötən tur “Osasuna” ilə sürpriz heç-heçə (1:1) oynayan “Real”ın ardıcıl 2-ci matçda xal itirəcəyi inandırıcı görünmür. Əks halda “Barselona” turnir cədvəlində vahid liderə çevrilə bilər. Fikrimcə, kiçik Madrid derbisini “Real” qazanacaq.
“Bayer Leverkuzen” – “Şalke” – QOL/QOL
Bundesliqanın autsayderinin duelində qələbə hər iki tərəfə çox vacibdir. Həm “Şalke”, həm də “Bayer” 8 turda cəmi 1 qələbə qazanıb. Hər oyunda orta hesabla qapılarından 2 qol buraxırlar : “Şalke” (- 17), “Bayer Leverkuzen” (-16).
Məncə, hər iki müdafiə xəttinin bir-birinə “hədiyyəsi” olacaq.