Sürpriz kupon – 08.10.2022

Sürpriz kupon – 08.10.2022

“Volendam” – “Ayaks” – 3,5 ÜST

“Ayaks” ÇL və Erediviziya matçları daxil son 4 oyunda qələbə qazana bilmir. Hətta 4 gün əvvəl ÇL-də “Napoli” tərəfindən darmadağın olundular – 1:6. Fikrimcə, amsterdamlılar bütün bu uğursuzluqların əvəzini Erediviziyanın hazırda ən zəif komandası olan “Volendam”dan çıxacaq. Ona görə 2,5 də yox, məhz 3,5 üstə mərc edirəm.

“Sassuolo” – “İnter” – QOL/QOL

Turnir cədvəlində 8-9-cu yerləri bölüşən bu komandaların görüşündə “İnter” favorit göstərilsə də, matç Milan təmsilçisi üçün asan olmayacaq. “İnter”in 8 oyuna 14 qol vuran hücum xətti varsa, 13 top buraxan müdafiəsi olduğunu da nəzərə almalıyıq. “Sassuolo”un hücum futbolundan çəkinmədiyini də düşünsək, qarşılıqlı qollar bu matç üçün optimal variantdır.

“Reyms” – PSJ – 2,5 ÜST

Həmişəki fikrimdə qalıram : PSJ-nin oyunlarına ya 2,5 üst mərc etməli, ya da, ümumiyyətlə, etməməlisən. Messi-Neymar-Mbappe üçlüyü olan yerdə başqa nə variant düşünmək olar axı? Düzdür, bəzən “Benfika” ilə son ÇL matçında olduğu kimi bu möhtəşəm hücum triosu ümidləri doğrultmur. Amma “Reyms”lə oyunda hər an “fırtına” qopa bilər və bir də görərsiz ki, PSJ matçın istənilən vaxtı 5-10 dəqiqə ərzində 3 qol vurub.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 08.10.2022

Növbəti yazı

“Zirə”dən minimalhesablı qələbə