Günün kuponu – 08.01.2022
“Hoffenhaym” – “Auqsburq” – qol/qol
Hər iki komanda 17 turda qapısından 26 qol buraxıb. “Auqsburq”da məhsuldarlıq yüksək olmasa da, 17 oyuna 35 qol vuran “Hoffenhaym”ın hücum xətti xoş sözlərə layiqdir. Tərəflərin öz aralarındakı son 7 duelin hər birində azı 3 qol vurulub. Komandaların 2022-yə də məhsuldar oyunla başlayacağını düşünürəm.
“Real Madrid” – “Valensiya” – 1
Ötən tur “Hetafe”yə 0:1 uduzan “Real” 2022-nin ilk oyununda azarkeşlərinə xoşagəlməz sürpriz yaşatdı. Bundan sonra İspaniya Kubokunda yarımpeşəkar “Alkoyano”ya səfərdə qalib gəlsələr də (3:1) madridli fanatlar “Valensiya” matçında da sevimli komandalarından qələbə gözləyirlər. “Real” çox nadir hallarda ardıcıl xal itirdiyindən bu matçda rəqibə şans verəcəyinə inanmıram. Oyun 1 variantına güvənmək olar.
“Ayntraxt” – “Borussiya Dortmund” – 2,5 üst
2,5 üst gözlənilən variantdır. Dortmund klubu “Bavariya”dan sonra bu mövsüm bundesliqada ən çox (41) qol vuran komandadır. “Ayntraxt” isə qol vurub-buraxan komandadır: 17 oyunda top balansı: 27-24. Aralarındakı oyunların statistikası da 2,5 üstə inanmaq üçün əsas verir.