Sürpriz kupon – 08.01.2022
“Levante” – “Malyorka” – 1
Bu mövsüm hələ də La Liqada qələbəsi olmayan “Levante” sizcə, bu bərbad seriyaya son qoymalıdır, ya yox? Məncə, elə bu tur. “Malyorka” səfərdə adətən zəif oynayır. Üstəlik, “Levante” sonuncu yerdə olsa da, bu mövsüm rəqibindən daha çox qol vurub. Və bir də “Malyorka” 15 ildir səfərdə “Levante”ni məğlub edə bilmir. Bir sözlə, bu oyunda meydan sahiblərinin uduzacağına inanmıram. Oyun 1 və oyun x variantları arasında qalmışam, fikrimcə, “Levante” mövsümdə ilk qələbəsini bu tur qazanmaqla sürpriz edəcək.
“Nyukasl” – “Kembric” – 1
Premyer liqada autsayder olan “Nyukasl” mövsümü boşa verib. Azarkeşlərini kubok matçında qələbə ilə sevindirə bilər. Bu baxımdan səviyyəcə 3-cü liqanın təmsilçisi olan “Kembric”lə oyun yerinə düşür. Məncə, nyukasllılar universitet komandasını məğlub edərək FA Cup-da 1/16 finala çıxacaq.
“Yovil” – “Bornmut” – 2
“Bornmut” çempionşipin lideridir və böyük ehtimalla yeni mövsümdə premyer liqada oynayacaq. “Yovil” isə Milli Konferensiya Liqasında gün keçirir. FA Cup-da növbəti mərhələyə vəsiqənin taleyi bir oyunla həll olunduğundan fikrimcə, “Bornmut” favorit statusunu doğruldaraq matçdan qalib ayrılacaq.