Günün kuponu – 07.10.2023
“İnter” – “Bolonya” – 1-ci hissə cüt şans 12
Bu komandaların öz aralarındakı oyunlarının statistikasına baxanda, xüsusən Milanda keçirilən matçların məhsuldar keçdiyini görürük. Məncə, bu görüşdə də ilk yarıda hesabdakı bərabərlik pozulacaq.
“Borussiya” (Dortmund) – “Union Berlin” – 2,5 ÜST
Berlin klubu bundesliqa və ÇL-də ardıcıl 6 oyundur qələbə qazanmır. Bu uğursuz seriyanı dayandırmaq üçün yəqin ki, Dortmund səfərində hücum futboluna üstünlük verəcəklər. “Borussiya”nın da buna qarşılıq verəcəyi şübhə doğurmurr. Ona görə 2,5 üst variantı daha real görünür.
“Luton” – “Tottenhem” – 1-ci hissə – “Tottenhem”
“Luton” indiyədək “Tottenhem”i məğlub edə bilməyib. Ən yaxşı halda heç-heçə oynayıblar. Amma bu dəfə “Tottenhem”in onlara heç 1 xal verəcəyini də gözləmirəm. Londonlular məncə, ilk hissədə oyunun taleyini həll edəcək.