Sürpriz kupon – 07.10.2023

Sürpriz kupon – 07.10.2023

“İnter” – “Bolonya” – 2,5 ÜST

Bu mövsüm 7 turdan sonra A seriyasında ən az qol buraxan 2 komandanın duelində bol qol gözləmək bəlkə də riskdir. “Bolonya” son 4 oyunda ümumiyyətlə, qapısını toxunulmaz saxlayıb. Bununla belə, bu matçda azarkeşləri qol baxımından sürpriz gözlədiyini düşünürəm. Tərəflərin Milanda keçirilən əvvəlki oyunlarının hesabları da diqqətçəkicidir.

“Kristal Pelas” – “Nottingem Forest” – 1-ci qolu vuracaq komanda – “Nottingem Forest”

“Kristal Pelas”ın ötən tur “Mançester Yunayted” üzərində qələbəsi aldadıcı ola bilər. Hərçənd Nottingem təmsilçisi də 3 görüşdür qələbə qazana bilmir. Amma bu dueldə sürpriz gözləyirəm. Ən azı hesabın qonaqların açacağını təxmin edirəm.

“Leypsiq” – “Bohum” – 1-ci hissə cüt şans 12

“Leypsiq”in hücum xətti əla, rəqibin müdafiəsi isə bərbad. Belə vəziyyətdə bol qol gözləmək məntiqəuyğundur. Hesabın açılmasını da məncə, çox gözləmək lazım gəlməyəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 07.10.2023

Növbəti yazı

“Zirə”dən ev qələbəsi