Günün kuponu – 07.09.2022
Barselona – Viktoriya YOX/QOL
“Qarabağ”ın böyük şanssızlıq nəticəsində Çempionlar Liqasının qrup mərhələsindəki yerini təhvil verdiyi “Viktoriya”nı çox ağır sınaq gözləyir. “Kamp Nou”da çexlər böyükhesabla uduzmasa və qol vura bilsə, bunu onlar üçün uğur saymaq olar. Amma komandanın potensialı bu perspektivi yetərincə dumanlı edir.
Çexiya təmsilçisinin böyükhesabla uduzacağını və qol vura bilməyəcəyini düşünürəm.
Tottenhem – Marsel 1
“Tottenhem” 6 turdan sonra Premyer Liqada 3-cü sırada qərarlaşıb, son oyunda isə derbidə “Fulhem”ə qalib gəlib.
“Marsel” səviyyəcə rəqibindən geri qalır. Üstəlik, səfərdə oynayacaq. Odur ki, londonluların qələbəsi real görünür.
Ayaks – Reyncers 1
“Ayaks” son illər Çempionlar Liqasının qrup mərhələsində uğurlu çıxış edir. Məsələn, ötən mövsüm 6 oyunun hamısını udub. Amsterdamlılar bu il ölkə çempionatına əla başlayıb, 5 oyunda 5 qələbə.
“Reyncers” isə son matçda “Seltik”ə 0:4 uduzub və bu fiaskodan sonra çətin ki, Amsterdamda nəsə edə bilsin.