Sürpriz kupon – 07.09.2022
“Napoli” – “Liverpul” QOL/QOL
Qonaqlar oyunun favoritidi. Amma “Napoli” də zəif komanda deyil və A Seriyasında yeni mövsümə yetərincə yaxşı start verib.
Milli komandamızın keçmiş üzvü Badri Kvaratsxeliyanın oğlu Xviçanın rəhbərlik etdiyi hücum xətti fikrimcə, bu oyunda ən azı 1 qol yarada biləcək.
“Liverpul”un isə qol və ya qollar vuracağı ümumiyyətlə, şübhə doğurmur.
Atletiko Madrid – Portu QOL/QOL
Hər iki komandanın hücum potensialı yüksəkdi. “Atletiko” ev matçlarında ötən mövsüm cəmi 1 dəfə məğlub olub. “Portu” isə bu mövsüm 4 qələbə qazanıb və bir dəfə “Rui Ave”yə uduzub. Yetərincə yaxşı əmsal verilən Qol/Qol variantına mərc etmək olar.
İnter Milan – Bayern Münhen QOL/QOL
“Inter” mövsümə uğurlu başlamayıb. Amma komanda toparlanmalıdı və “Kremoneze” üzərində qələbə “neradzurri” üçün ümid işıqları yandırıb.
Milanlıların doğma meydanda ən azı 1 qolla azarkeşlərini sevindirəcəyini düşünürəm. “Bayern”in qol vuracağına isə demək olar ki, şübhəm yoxdu.