Günün kuponu – 07.02.2024
“Qaziantep” – “Fənərbaxça” 2
Türkiyə kubokunun 1/8 finalında Süper Liqasındakı yerini qorumağa çalışan “Qaziantep” çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça”nı qəbul edəcək. Komandalar arasında son 5 oyunun hamısında “Fənər” zəfər çalıb. Ümumiyyətlə, “Fənərbaxça” son 6 səfər oyununda qələbə qazanıb. Bu qarşılaşmada da qonaqların meydan sahiblərini “antep fıstığı” kimi “çırtlayacağ”ını düşünürəm.
“Santa Klara” – “Portu” 2
Portuqaliya kubokunun 1/4 final matçının aşkar favoriti “Portu”du. Rəqiblər arasında keçirilən oyunlarda portuluların çox böyük üstünlüyü var. Statistika həmçinin azarkeşləri qol şousu gözlədiyindən xəbər verir.
Nigeriya – Cənubi Afrika 1
Nigeriya Afrika Millətlər Kubokunun əsas favoritlərindən sayılır. Mərakeş kimi güclü rəqibi turnirdən kənarlaşdırmağı bacaran Cənubi Afrikanın yarımfinala qədər gəlib çatması sensasiya sayıla bilər. Amma möcüzə 1 dəfə olur və bu qarşılaşmada favoritin qələbəsinə daha çox inanıram.