Sürpriz kupon – 07.02.2024
İran – Qətər 1
Asiya kubokunda çempionluğa əsas namizəd sayılan Yaponiyanı 1/4 finalda turnirdən kənarlaşdıran İranın daha bir çətin mücadilədən qalib çıxacağını düşünürəm. Qətərlilərin bu qarşılaşmada yeganə üstünlükləri doğma meydan və azarkeşləridi. 1/4 finalda Özbəkistanı penaltilərlə keçən komandanın qat-qat güclü rəqiblə sınaqdan qalib çıxmaq ehtimalı azdı.
“Başakşəhər” – “Hatayspor” 2.5 ALT
“Başakşəhər”in son 5 matçından yalnız birində 2 qoldan artıq vurulub. Volkan Dəmirəlin ehtiyatlı məşqçi olduğunu nəzərə alsaq, onun da bu kubok matçında yetirmələrinə ilk növbədə öz qapılarının təhlükəsizliyini qorumağa tapşırıq verəcəyini düşünürəm. Eyni zamanda, çox qol vurulacağına inanmadığım bu qarşılaşmada Renat Dadaşovun komandasının sürprizə imza ata biləcəyini də istisna etmirəm. Amma zənnimcə, daha etibarlı mərc ETOPAZ tərəfindən yaxşı əmsal verilən 2.5 Alt-dı.
“Nottingem Forest” – “Bristol Siti” QOL/QOL
Meydan sahiblərinin son 8 oyunundan yalnız birində üçdən az qol vurulub. “Bristol Siti”nin isə son 8 oyunundan yalnız birində hər iki komanda fərqlənməyib. Bu səbəbdən qol-qol mərcini seçirəm.