Günün kuponu – 07.02.2022
“Atletik” – “Espanyol” – 1
Qış fasiləsində gərgin oyunlar keçirən Bilbao təmsilçisi yaxşı forma toplayıb. Son oyunlarda “Barselona” və “Real Madrid”i üstələyən “Atletik” bu oyunda rahatlıqla qalib gəlməlidi. Doğma meydan Bilbao təmsilçisinə əlavə dəstək olacaq.
“Tiqres” – “Mazatlan” – ÜST2.5
Meksika çempionatı yeni başlayıb. Meydan sahibləri 3 oyunda 4 xal qazanıb. “Tiqres” 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə 11-ci yerdədir. “Mazatlan” isə bir oyun az keçirib. Baş tutan iki görüşdə uduzaraq xal qazana bilməyib. İki oyuna qapısında 5 qol izləyən qonaqlar bu dəfə də çətin anlar yaşayacaq. Ona görə ÜST2.5 seçimi daha real görünür.
“Radomyak Radom” – “Plotsk” – QOL/QOL
Polşa çempionatında klublar ekvator xəttini keçib. 19 oyundan 9-da qələbə qazanan meydan sahibləri 35 xal toplayıb və 5-ci yerdədir. Rəqibdən 6 xal geri qalan qonaqlar yanvarda Antalyada “Neftçi” ilə yoldaşlıq görüşü keçirib. Oyun 1-1 hesabı ilə başa çatıb.