Sürpriz kupon – 07.02.2022
“Salernitana” – “Spezia” – ÜST2.5
Cəmi 3 qələbə qazanan meydan sahibləri A seriyasının aşkar autsayderidi. Qonaqlar isə 25 xalla 14-cü yerdədir. Bu komandaların duelində son 4 görüşdə məhz “Spezia” qalib gəlib. Qonaqlar zəif rəqiblə dueldə mümkün qədər çox qol vurmağa çalışacaq. Ona görə ÜST2.5 seçimi real görünür.
“Atletik” – “Espanyol” – ALT2.5
Bilbao təmsilçisi eyni zamanda bir neçə turnirdə çıxış edir. Bununla belə La Liqada da uğurlu nəticə qazanmağa çalışır. 31 xalla 8-ci olan “Atletik” liderlərdən uzaq düşməmək üçün bu oyunda qalib gəlməlidi. Qonaqlar 27 xalla 13-cü yerdədir. “Atletik”lə oyunlar mütəmadi olaraq ALT2.5 seçimini doğruldub. Fikrimcə “Espanyol” rəqibə rahat oynamağa imkan verməyəcək.
“Atlas” – “Santos Laquna” – 1
Meksika çempionatı yeni başlayıb. 3 oyundan 7 xalı olan “Atlas” pley-offa mərhələsinə vəsiqə qazandıran pillədədir – 4-cü yer. Qonaqların aktivində qələbə yoxdur. 1 xalla 17-ci sırada olan “Santos Laquna” böhran vəziyyətindədir. Üç oyuna qapısından 8 qol buraxan “Santos Laquna”nın uduzacağını düşünürəm.