Günün kuponu – 05.07.2024

Günün kuponu – 05.07.2024

İspaniya – Almaniya ALT 3.5

İspaniya bu çempionatda keçirdiyi 4 qarşılaşmada 9, Almaniya isə 10 qol vurub. Amma komandalar bu oyunda ilk növbədə ehtiyatı əldən verməməyə çalışacaq. Belədə üçdən çox qol vurulacağı inandırıcı görünmür.

Portuqaliya – Fransa Mərhələni keçəcək: Fransa

Bu mərhələyə çətinliklə çıxan Portuqaliya Fransaya mücadilə verəcək gücdədi. Amma fransızlar böyük turnirlərdə daha uğurlu çıxış edir. Killian Mbappe və Kriştiano Ronaldonun komandalarının duelinin yekununda daha gənc forvardın və yoldaşlarının sevinəcəyini təxmin edirəm.

Kolumbiya – Panama 1

“Turan Tovuz”un müdadiəçisi Roderik Millerin komandası bu mərhələyə gəlməklə artıq Copa America 2024-də böyük uğura imza atıb deyə bilərik. Lakin, bu dəfə panamalıların rəqibi çox güclüdü. Aşkar favorit olan Kolumbiyanın qələbəsinə mərc edirəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 05.07.2024