Günün kuponu – 05.02.2022
“Bavariya” – “Leypsiq” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1126]
“Bavariya”nın istənilən turnirdə, istənilən rəqiblə matçda qol vuracağı heç vaxt müzakirə mövzusu olmayıb, bu matçda da olunmamalıdır. 20 tura 65 qol vuran komandanın hücum potensialı haqqında nəsə deməyə ehtiyac var ki? “Leypsiq”ə gəlincə, “Bavariya”nın qapısının yolunu digərləri ilə müqayisədə daha yaxşı bilirlər. Tərəflərin öz aralarındakı son 14 duelin yarısında qarşılıqlı qollar qeydə alınıb. Zənnimcə, bu görüşdən də qol/qol gözləməyə dəyər.
PSV – “Alkmaar” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1128]
Ötən tur öz meydanında əzəli rəqibi “Ayaks”a uduzaraq liderliyi əldən verən PSV indi “yaralı aslan”ı xatırladır. Amma “Alkmaar” da “asan yem” sayılmır. Komanda liderlərdən 12 xal geri qalsa da, ən pis halda 3-cü yeri tutmağı hədəfləyib. Əvvəlki illərin ənənəsindən çıxış edərək PSV – “Alkmaar” duelinin bu dəfə də qol /qolla keçəyini güman edirəm.
“Sandhauzen” – “Aue” – 2 [nowbetnow-dynamic dyn_code=1127]
Heyətində millimizin keçmiş oyunçusu Dmitri Nazarovun da oynadığı “Aue” noyabrın 7-dən bu yana, 3 aydır qələbə üzünə həsrətdir. Rəqib isə özü kimi autsayder, cədvəldəki qonşusudur. Fikrimcə, Nazarovun komandası nəhayət, bu tur 3 aylıq qələbəsizlik seriyasına son qoyacaq. Statistika da bir tərəfdən “Aue”nin qələbəsinə işarə edir. Bəlkə oyun 2-yə inanaq?