Sürpriz kupon – 05.02.2022
“Fiorentina” – “Latsio” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1130]
A seriyasında cədvəldə qonşu olan komandaların dueli. “Latsio”nun məhsuldar hücumu nə qədər xoş təsir bağışlasa da, müdafiəsi bir o qədər etibarsız görünür. 22 tura 41 qol vuran “Fiorentina” üçün belə müdafiəni yarmaq çətin olmamalıdır. Deməli, qarşılıqlı qollar gözləniləndir. Amma daha yüksək əmsala mərc edək, oyun 2,5 üstə. Baxmayaraq ki, ağlımda dolaşan oyun 2 variantı da məni rahat buraxmır.
“Elçe” – “Alaves” – 2 [nowbetnow-dynamic dyn_code=1131]
La Liqada turun sürprizlərindən biri məncə, elə bu oyun olacaq. Son 4 turda uduzmayan, “Villareal” və “Espanyol”a qalib gəlib, son oyunda lider “Real Madrid” lə səfərdə 2:2 oynayan “Elçe”dən gözüm su içmir. Təcrübə göstərir ki,”nəhənglər”ə qarşı ardıcıl sürprizlər göstərən bu cür ortabab komandalar heç kəsin ağlına gəlmədiyi bir oyunda xal itirir. Məsələn, elə “Alaves” kimi bir autsayderlə oyunda. Sadəcə, burada həm oyun x, həm də oyun 2 variantları gözləniləndir. İkisindən birini seçməliyəm, ona görə də oyun 2. Heç-heçəyə mərc etmək istəyənlərlə də razılaşıram. O da mümkündür.
“Şalke” – “Reqensburq” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1129]
İlk “üçlük”dən cəmi 1 xal geri qalan “Şalke” bundesliqaya dönmək istəyi ilə “alışıb-yanır”. Bu oyunda da Helzenkirken təmsilçisinə qələbə vacibdir. Amma qarşıda 20 oyuna 39 qol vurub, qapısından 30-nu buraxan “Reqensburq” var. Belə bir oyunda 2,5 altı düşünməyə belə adam cəsarət etmir.