Günün kuponu – 03.11.2023

Günün kuponu – 03.11.2023

Bolonya – Latsio QOL/QOL

Bolonya evdə keçirdiyi bütün oyunlarda demək olar ki, fərqlənməyi bacarıb. Latsio da qol vurmağı bacaran komandadır. Bu görüşdə kimin qalib gələcəyini təxmin etk çətindir. Amma hər iki komandanın qol vuracağına ümid etmək olar.

Səbail – Turan 2,5 ÜST

Bu görüşdə zənnimcə Səbail Qələbəyə yaxındır. Lakin, Turanın asan təslim olmayacağını düşünürəm. Səbail – Turan oyununda bol qollu qarşılaşma olacağını ehtimal edirəm. 2,5 üst seçimi bu matç üçün uyğun seçim olar.

Fortuna Düsseldorf – Vehen 1

Bundesliqanı hədəfləyən Fortuna Vehenlə görüşdə mütləq qələbə qazanmalıdır. Meydan sahiblərinin bu oyunda çətinlik yaşamayacaqlarını, rahatlıqla 3 xalı qazanacaqlarını güman edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Suarez MLS yolunda

Növbəti yazı

Sürpriz kupon – 03.11.2023