Günün kuponu – 03.06.2023
“Monako” – “Tuluza” – 2,5 ÜST
Liqa-1-in son turu “Monako” üçün həlledici əhəmiyyət daşıyır. “Knyazlıq klubu” yeni mövsümdə avrokuoklarda oynamaq üçün “Tuluza”ya mütləq qalib gəlməli, özündən yuxarıda qərarlaşan “Renn” və ya “Lill”in ikisindən birinin xal itirməsinə ümid bəsləməlidir. Əgər həmin komandaların hər ikisi meydandan 3 xalla ayrılarsa, “Monako”nun “Tuluza” üzərində qələbəsinin önəmi olmayacaq. Ona görə, oyun 1 variantına deyil, 2,5 üstə mərc etmək məncə, daha doğru olar.
“Trua” – “Lill” – 2
“Trua”nın Liqa-1-i tərk edəcəyi artıq bir neçə həftədir dəqiqləşib. “Lill” isə payızda birbaşa Avroliqanın qrup mərhələsində oynamaq üçün hazırda qərarlaşdığı 4-cü sıranı əlində saxlamalıdır və bunun üçün son turda qalib gəlməlidir. Məncə, heç bir iddiası qalmayan “Trua” “Lill”ə təslim olacaq.
İsrail U-20 – Braziliya U-20 – 2
20 yaşadək futbolçuların dünya çempionatına İtaliyaya məğlubiyyətlə (2:3) başlayan Braziliya sonradan statusuna layiq oyun göstərməyə başladı. Son 2 qrup və 1\8 final matçlarında braziliyalılar ümumilikdə 12 qol vurub. Mundialın ev sahibi, Braziliyanın əzəli rəqibi – Argentinanın qəfildən pley-offda mübarizəni dayandırmasından sonra “sambaçılar”ın çempionluq şansı xeyli artıb. Məncə, 1\4 finalda İsrail onlara heç bir sürpriz edə bilməyəcək və Braziliya elə əsas vaxtda oyunun taleyini həll edərək yarımfinala çıxacaq.