Sürpriz kupon – 03.06.2023

Sürpriz kupon – 03.06.2023

“Nitsa” – “Lion” – QOL/QOL

Mövsümün son turu bu komandalar üçün əyləncə xarakterli olacaq. “Nitsa” üçün hər şey bitib. “Lion” da UEFA Konfrans Liqasına vəsiqə üçün möcüzəyə ümid bəsləyir ki, bu da real görünmür. Fikrimcə, bu matç “vur-vurum” tipli qarşılaşma olacaq.

“Empoli” – “Latsio” – 1-ci hissə cüt şans 12

A seriyasında son turun nəticəsinin bu komandalar üçün heç bir əhəmiyyəti yoxdur. Belə oyunlara mərc etmək çox risklidir, istənilən nəticə qeydə alına bilər. Tam oyundansa, məncə, ilk yarının nəticəsinə mərc etmək daha düzgün olar. Fikrimcə, ilk yarı bitəndə tıərəflərdən biri hesabda irəlidə olacaq.

“Trua” – “Lill” – 1-ci hissə cüt şans 12

Bol gözlədiyim oyundur. Hesabın artıq ilk yarıda açılacağını və tərəflərdən birinin fasiləyə hesabda üstün yollanacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 03.06.2023

Növbəti yazı

“Arsenal”da ayrılıq