Günün kuponu – 02.11.2022
“Real Madrid” – “Seltik” – TAYM 1/ OYUN 1
“Real” ötən tur “Leypsiq”ə uduzmaqla (2:3) qrupda intriqanı son tura saxladı. Daha sonra La Liqada öz evində “Jirona” ilə sürpriz heç-heçə etdi – 1:1. Məncə, son 2 matçdakı uğursuzluğu “Kral Klubu” “Seltik”lə görüşdə sığortalayacaq.”Real”ın həm ilk hissədə, həm də oyunun yekun nəticəsində qalib olacağını düşünürəm. 1,64 pis əmsal deyil, istifadə etmək olar.
“Milan” – “Zalsburq” – 1
A seriyasının son turunda “Torino”ya uduzan (1:2) “Milan” fikrimcə, bütün gücünü bu oyuna saxlayıb. Məğlubiyyət “Milan”ın qrupda qalması ilə nəticələnəcək. İtalyanları 1 xal qane etsə də, məncə onlar qələbəyə oynayacaq.
“Şaxtyor Donetsk” – “Leypsiq” – QOL/QOL
ÇL-in 1/8 finalına çıxmaq üçün “Şaxtyor” bu oyunda mütləq qalib gəlməlidir. Almanları isə heç-heçə də qane edir. Tərəflərin ilk görüşündə “Leypsiq” ağır məğlubiyyətə uğramışdı (1:4). Bundesliqa və ÇL-də son 9 oyunda uduzmayan “Leypsiq”in məğlubiyyətinə inanmıram, amma qarşılıqlı qollar variantına mərc etmək olar.