Sürpriz kupon – 02.11.2022

Sürpriz kupon – 02.11.2022

“Kopenhagen” – “Borussiya Dortmund” – 3,5 ALT

Tarixdə ilk dəfə azərbaycanlı hakimin idarə edəcəyi Çempionlar Liqasının qrup matçı məhz bu oyundur. Əliyar Ağayevin baş hakim olduğu matç tərəflər üçün formal xarakter daşıyır. 5 oyunda bir qol belə vura bilməyən “Kopenhagen”in qrupu son pillədə başa vuracağı, Dortmund klubunun isə 2-ci yeri tutacağı dəqiqləşib. Əmsallar matçın 2,5 üst keçəcəyinə işarə etsə də, belə əhəmiyyətsiz oyunlara mərc edərkən ehtiyatlı olmaq lazımdır. Məncə, 3,5 alt daha uyğun variantdır.

“Villareal B” – “Ovyedo” – 2

“Villareal B” sequndada 22 iştirakçı arasında 12-ci, “Ovyedo” 18-ci sırada qərarlaşıb. Meydan sahibi matçın favoriti sayılsa da, əmsallar məni fərqli düşünməyə vadar edir. X və ya 2 variantına daha çox inanıram. Yekun qərarım oyun 2.

“Real Madrid” – “Seltik” – 2,5 ÜST

Qrup liderliyini qorumaq üçün oynayacaq “Real”ın hücum potensialı hər kəsə bəllidir. Düzdür, “Leypsiq” və “Jirona” matçlarında zədəli Benzemasız “Real” da azarkeşlərini məyus etdi. Bu dəfə həm Benzemanın qayıdışı gözlənilir, həm də Vinisius və yoldaşları çətin ki, “Seltik” ə şans versin. Şotlsndların onsuz da itirəcəyi bir şey yoxdur, bu mövsüm Avropada son oyunlarıdır. Rahat oynayıb, futbol tamaşası göstərmək olar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 02.11.2022

Növbəti yazı

“Liverpul”dan Klopp qərarı