Günün kuponu – 02.05.2023
“Almeriya” – “Elçe” 1
“Almeriya” təhlükəli zonaya yaxındır və özünü hələ də rahat hiss etmir. Ona görə də. meydan sahiblərinə mütləq qələbə lazımdır.
“Elçe” isə demək olar ki, La Liqanı tərk edəcək.
“Almeriya” son 5 oyunda “Elçe”ni məğlub edə bilməyib. İndi isə əlinə yaxşı imkan düşüb.
“Barselona” – “Osasuna” 1
“Barsa’ turdan-tura çempionluğa daha da yaxınlaşır. Kataloniya klubu ötən tur “Betis”i darmadağın etmişdi – 4:0
“Osasuna” son oyunda öz meydanında “Real’Sosyedad”a uduzub – 0:2.
Birinci dövrədə Xavinin komandası “Osasuna”nı son dəqiqələrdə vurulan qolla məğlub etmişdi – 2:1.
“Kamp Nou”da “Barsa” daha inamlı qələbə qazana bilər.
“Tuluza” – “Lans” qol/qol
“Tuluza” oyuna yaxşı əhval-ruhiyyədə çıxacaq. Komanda bir neçə gün öncə kubokun finalında “Nant”ı darmadağın edərək tarixində ilk titulu qazandı. Amma meydan sahiblərində həmin oyununun yorğunluğu qala bilər.
“Lans” 2-ci yeri tutan ‘Marsel”dən 4 xal geri qalır. Qonaqların heyətində itkilər çoxdur.
Hər iki komanda fərqlənə bilər.