Sürpriz kupon – 02.05.2023
“Frayburq” – “Leyptsiq” 1
Turnir cədvəlində qonşu olan komandalar bu dəfə kubokun yarımfinalında üz-üzə gələcəklər.
“Frayburq” son 3 matçdan qalib ayrılıb.
“Leyptsiq” “Bayern”ə məğlubiyyətdən sonra ötən tur “Hoffenhaym” üzərində qələbə qazandı.
“Frayburq” 7 oyundur “Leyptsiq”i məğlub edə bilmir.
Kubokda sensasiya baş verə bilər.
“Arsenal” – “Çelsi” ÜST 2,5
“Arsenal” “Siti”yə uduzmaqla çempionluq şansını çətinə saldı.
“Çelsi”yə isə Frenk Lempard da kömək edə bilmir. Komanda heç cür böhrandan çıxa bilmir. London klubu turnir cədvəlində 12-ci pilləyə yuvarlanıb. Mövsümün sonunda “Çelsi”də yenə baş məşqçi dəyişikliyi olacaq.
“Zadəganlar” son 2 oyunda qol vurmayıb.
“Arsenal”ın büdrəməyə heç cür haqqı yoxdur.
“Neftçi” – “Qarabağ” qol/qol
“Neftçi artıq daha çox kubokun finalını düşünür. Amma “ağ-qaralar” prinsipial rəqibə uduzmaq istəməzlər.
“Qarabağ” son iki oyunda qalib gələ bilməyib. Həm də “Sabah” artıq xal fərqini 4-ə endirib.
Bu komandalar arasında son matç heç-heçə başa çatmışdı. Bu dəfə də hər iki tərəf fərqlənə bilər.