Günün kuponu – 01.05.2023
“Lester” – “Everton” QOL/QOL
İngiltərə çempionatının autsayderləri təhlükəli zonada qərarlaşıb. Hər iki komanda premyer liqanı tərk etmək təhlükəsi ilə üzləşib. Qonaqlar cari mövsüm ən az qol vuran klubdu. “Everton” 33 matçda cəmi 25 dəqiq zərbə reallaşdırıb.
“Malyorka” – “Atletik Bilbao” 2
Bilbao təmsilçisi avrokuboklara vəsiqə qazanmaq üçün xalını artırmalıdı. Hazırda Konfrans Liqasına vəsiqə verən pillədən 3 xal geri qalan “Atletik” səfərdə yalnız qələbəni düşünəcək. Meydan sahibləri son 5 turda 8 xal qazanıb. Liderlərdən çox uzaqlaşmasına baxmayaraq son turlarda inamlı təsir bağışlayır.
“Sevilya” – “Jirona” QOL/QOL
La Liqada qonşu pillələrdə qərarlaşan komandaların əksər göstəriciləri oxşardı. Hər ikisində 41 xal var – 11 qələbə, 8 heç-heçə və 12 məğlubiyyət. Hər iki kollektiv qapısında 45 qol izləyib.