Fransa rekordu təkrarlandı

Fransa rekordu təkrarlandı

PSJ Liqa1-in 32-ci turunda “Anje”ni 2:1 hesabı ilə məğlub edib. Parislilərin hər iki qoluna Kilian Mbappe imza atıb.

Bununla da hücumçunu ölkə çempionatındakı məhsuldar fəaliyyəti 214-ə çatıb. O, 157 qol və 57 assist müəllifidir.

Mbappe ötürmələrin hesablanmağa başladığı 2006-cı ilin yayından indiyədək olan müddət üçün rekordu təkrarlayıb. O, eyni sayda xalı olan Dmitri Payetə çatıb. Lakin “Marsel”in futbolçusu 2022-ci il dekabrın 29-dan sonra heç nə ilə fərqlənməyib.

ETOPAZ

Əvvəlki yazı

Yeddi illik sindrom qırıldı

Növbəti yazı

Firmino “Barselona” ilə anlaşdı