Yeddi illik sindrom qırıldı
“Arsenal” Premyer Liqanın “Sauthempton”la oyununda xal itkisi ilə üzləşib. Lakin 3:3 hesablı qələbə “topçular”a Şimali London derbisindəki əzəli rəqibi “Tottenhem”i yekunda qabaqlaması üçün kifayət edib.
Hazırda “Arsenal” paytaxtın digər klubunu 22 xal üstələyir. “Tottenhem”in finişə qədər 7 matçı qalıb. Bu isə o deməkdir ki, Mikel Artetanın yetirmələri həmşəhərliləri üçün əlçatmazdır.
“Arsenal” son 7 ildə ilk dəfə “Tottenhem”i qabaqlayacaq. Sonuncu belə hadisə 2015/16 mövsümündə yaşanıb. Onda “topçular” 2-ci, rəqibi 3-cü yeri tutub.